QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON

Yeni kitablar
Hüseynbala Mirələmov. Sonuncu Fateh
4 Sentyabr , 2015

Dövlət müstəqiliyinə əbədilik qovuşmuş Azərbaycan Respublikası bu gün özünün intibah dövrünü yaşayır və həyatın bütün sahələrində tariximizin heç bir mərhələsində görünməmiş yeni, bir-birindən vacib, əlamətdar uğurlara imza atır. Belə bir vaxtda millət öz yaradıcı ziyalılarının gözləri ilə bir növ arxaya boylanır, xalq taleyinin yaxın-uzaq keçmişinə müraciət edib mühüm hadisələri, ötən əsrlərin görkəmli dövlət, elm, ədəbiyyat, incəsənət xadimlərinin həyat və faəliyyəötini yaşadığımız çağın intibah işığında yenidən araşdırır və qiymətləndirir.