QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
29 Aprel , 2021

29 aprel 2021-ci il tarixdə Qazax rayon MKS-nin təşkilatçılığı ilə E. Hüseynov adına  Mərkəzi Kitabxana və filiallar ölməz sənətkar Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Əsrlərin müdrik ozanı Aşıq Ələsgərin söz ümmanı” adlı ədəbi-bədii gecə keçirib, eyni adlı kitab və dövrü mətbuatdan ibarət tərtib olunmuş  sərgi onlayn nümayiş etdirilib.Tədbirdə ali məktəb tələbələri, məktəblilər və fəal oxucular iştirak edib.Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı Aşıq Ələsgərin dövrünün görkəmli aşıqlardan dərs alaraq aşıq poeziyasının ən uca zirvələrini fəth edən, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmiş  el sənətkarı olduğunu qeyd edib.Oxuculara  xidmət şöbəsinin müdiri Bəsti Məmmədova Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxışında Onun xalqımızın bədii təfəkkür tarixində bitib tükənməyən bir xəzinə sahibi olduğunu qeyd edib. Tələbə Qənirə Musayeva, kitabxananın əməkdaşı Gülşən Hadıyeva çıxışlarında Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin böyük el sənətkarı kimi əsərləri bütün dövrlərdə oxucuların zövqünü oxşamış, yarandığı gündən bu günə qədər özündən sonrakı sənətkarlar üçün örnək olmuşdur.Tədbirdə  tələbələrdən  Günel Abdullazadə, Səma Vəliyeva, Pəri Qurbanova, məktəblilərdən Kəmalə İdrisova, Həsənəli Abdullayev, Aynişan Qocayeva, Fidan Rəhimli Aşıq Ələsgərin şeirlərindən seçmələr söyləyiblər. Nəriman Cəfərovun, İlham Əliyevin sazda ifa etdikləri  “Gəraylı” və “Cəlili”  el  havaları tədbirə xüsusi rəng qatıb.

Foto Qalereya