QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
1 İyun , 2021
01 iyun 2021- ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyanı uşaqlara verək” adlı bayram tədbiri keçirib. MKS- nin direktoru Solmaz Babanlı tədbiri açaraq bayram münasibətilə uşaqları təbrik edib, onlara aydın səma, sülh və firəvan həyat arzulayıb. Bildirib ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.Körpə fidanlar və məktəblilərin iştirak etdiyi tədbirdə Vətənə, Sülhə aid şeirlərlər söylənilib, şən mahnılar oxunub
Foto Qalereya