QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Xəbərlər
8 İyul , 2021
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirilmiş və o, itki verərək geri çəkilməyə məcbur edilmişdir. Bu döyüşlərdə həlak olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar.
Çox keçmədi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu  Qarabağda Qələbə çaldı. Şuşa və Qarabağın digər şəhər və rayonlarında Azərbaycan bayrağı dalğalamağa başladı.