QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
16 İyul , 2021

16 iyul 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  Cəmşid Naxçıvanski adına hərbi-liseyin yaranmasının 50 illiyi ilə əlaqədar  “Cəsarət məktəbi” adlı videokonfrans  keçirib. Tədbirdə mədəniyyət işçiləri, məktəblilər və  fəal oxuculardan bir qrup iştirak edib.

Giriş sözü ilə çıxış edən MKS-nin direktor əvəzi  Münəvvər Süleymanlı qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi-lisey 1971 – ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bu məktəb zabit kadrlarının hazırlanmasında  böyük rol oynayıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova çıxışında respublikamızın müstəqillik əldə etməsindən sonra bu məktəbin zabit heyətinin ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunmasında həmişə ön cəbhədə olduqlarını qeyd edib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsti Məmmədova Ulu Öndərin uzaqgörənliyi sayəsində yaradılan bu liseyin fəaliyyətinə  böyük diqqət göstərildiyini nəzərə çatdırıb.

Çıxış edən məktəbli oğlanlar gələcək təhsillərini C.Naxçıvanski  adında  hərbi- liseydə davam etdirmək istədiklərini bildirib, bu yolun çətinliklərlə dolu olduğuna baxmayaraq Vətən sevgisinin hər şeydən üstün olduğunu söyləyiblər.  

Foto Qalereya