QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
9 Sentyabr , 2021

  09.09.2021 –ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  “Qayıdışın, toy-büsatın mübarək, Şuşa!”  adlı onlayn tədbir keçirib. Tədbirdə ali məktəb  tələbələri, məktəblilər və kitabxana əməkdaşlarından bir qrup iştirak edib. Tədbiri giriş sözü ilə açan  Metodika və biblioqrafiya şöbəsinin müdiri  Fatma Hüseynova hər daşında,hər küçəsində milli Azərbaycan ruhunun, ləyaqətinin  yaşandığı, milli-mədəni sərvətimizin simvolu olan Şuşanın ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, az bir vaxtda bir-birinin ardınca möhtəşəm tədbirlərin məkanına çevrilməsi sözlə deyil, əməli ilə tarix yazan Liderin məqsədyönlü  siyasətinin bəhrəsi olduğunu qeyd edib. Oxuculara xidmət şöbəsinin müdiri  Bəsti Məmmədova  “Qayıdışın, toy-büsatın mübarək, Şuşa!” mövzusunda çıxış çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun, xalqımızın  qəhrəmanlığı sayəsində qurtuluş savaşımız zəfərlə başa çatmış, Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa azad edilmişdir... Daş Salahlı kənd kitabxana filialın əməkdaşı Hicranə Məmmədova qələbəmizin zəfər təntənəsindən danışaraq  Barat Vüsalın  “Şuşanı alan oğullar” şeirini söyləyib. Azərbaycan Dillər Universitetinin tələbəsi Alməmmədli Nigar, BDU-nun tələbəsi  Seyidova Aysel, məktəblilərdən  Mustafayeva Şəfiqə,  Zamanova Rəna, Vəliyeva Səma, Qurbanova Pəri   Vətənə, Şuşaya, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyiblər. Fəal oxucu  Cəfərov Nəriman sazda bir-birindən gözəl el havaları səsləndirib.

 

Foto Qalereya