QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
12 Oktyabr , 2021

        12 oktyabr 2021-ci il tarixdə E. Hüseynov adına Mərkəzi Kitabxananın əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsinin iştirakçısı, kapitan, Vətən Müharibəsi Qəhrəmanı Nicat Mehman oğlu Bədəlovla görüşüblər. Görüş zamanı gənc qəhrəmanımız düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilmə epizodlarından həyəcanla söhbət açıb. Bütün istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşan, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən, heç bir çətinlikdən qorxmayan, sadəcə çiyin-çiyinə döyüşdüyü silahdaşlarının şəhid olmasından sarsılan Qəhrəmanımız dövlət tərəfindən layiqincə qiymətləndirilib. Xüsusi təvazökarlıqla qeyd edib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı almağını illərlə həsrətində olduğu Laçın meşələrində eşidib. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, kitabxanamızın fəal oxucusu olmuş, hazırda məzuniyyətə gələn Nicat Bədəlovun oxucu marağına uyğun kitabların aparılmasına görə məmnun olaraq kitabxanaçılara təşəkkürünü bildirib. Gənclərə mesaj olaraq öz torpaqlarını ürəkdən sevməyi, millətinə, dövlətinə, rəhbərinə sadiq olmalarını arzulayıb.

Foto Qalereya