QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
15 Oktyabr , 2021

15 oktyabr 2021-ci il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası  Oxu zalındaMüzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz Qalib Ölkə, Müzəffər Xalq kimi öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” fikirlərinə istina edərək məruzə keçirib, “Azərbaycan tarixinə Şanlı  Qələbə yazan Lider”, “Əzm və İradənin Dəmir Yumruq Birliyi” adlı sərgilərtəşkiledib.Tədbirdə bir qrup fəal oxucu və  kitabxana əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova qeyd edib ki, Azərbaycan xalqına  misilsiz qələbə bəxş edən  Qalib  Ali Baş  Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş və müstəqil siyasət ustası kimi fəaliyyəti nəticəsindəAzərbaycan Dövləti uğurla dünya birliyinə inteqrasiya edib, Siyasi Lider kimi İlham Əliyevdünyanın ən mötəbər beynəlxalq tədbirlərinin sevilən və arzuolunan dəvətlisinə çevrilib.

Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova, fəal oxucu Mahmudov Nicat, Dünyamalıyeva Xədicə, Vəliyeva Hava çıxışlarında İlham Əliyevinyorulmadan, gərgin və səmərəli fəaliyyət göstərən bacarıqlı Lider, Qalib Sərkərdə kimi  Ermənistanı 44 günə məğlub edərək, ordusunu darmadağın etdiyini, Azərbaycanı dünyayatanıtdığını qeyd ediblər.

 

 

Foto Qalereya