QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
14 Yanvar , 2022

14 yanvar 2022-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi Kitabxanası Şəhər istirahət parkında 20 Yanvar Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı səyyar sərgi təşkil edib. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini yad etmək məqsədi ilə təşkil olunan sərgidə 20 Yanvar qurbanlarının, erməni hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr olunmuş 70-dən çox kitab və dövrü mətbuat materialı nümayiş olunub. Sərgi ilə tanış olan şəhər sakinləri böyük ehtiramla Şəhidlərə həsr olunmuş materiallarla tanış olub, Vətən Şəhidlərinin xatirəsinin ürəklərdə əbədi yaşayacağını söyləyiblər.

Foto Qalereya