QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
13 May , 2022

   13 may 2022-ci il tarixdə  Qazax rayon  E.Hüseynov adına Mərkəzi kitabxananın Xidmət şöbəsi oxu zalında Xalq şairi Musa Yaqubun anadan olmasının 85 illliyi münasibəti ilə “Lirik şeir və poemalar müəllifi” adlı məruzə  keçirib. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova çağdaş Azərbaycan poeziyasında öz yeri və dəsti-xətti olan Musa Yaqubun həyat və  yaradıcılığı haqqında ümumi məlumat verib. Kitabxananın əməkdaşı Kəmalə Nuruyeva “Lirik şeir və poemalar müəllifi” mövzusunda məruzə ilə çıxışında Musa Yaqubun ədəbi fəaliyyəti, öz kainatında məhəbbəti ilə yaşayan, ruhu ilə söhbət edən, həmişə sözünü yerində və zamanında deyən poeziyası haqqında ətraflı məlumat verib. BDU–nun tələbələri Hüseynova Ülkər, Məmmədova Nərminə, kollec tələbəsi Sadıqov Sənan, məktəblilərdən Nuruyeva Aysu, Rəhimli Bəsdi Musa Yaqub poeziyasından seçmələr söyləyiblər.    Sonda Musa Yaqubun həyat və yaradıcılığına həsr olunmuş  “Lirik şeir və poemalar  müəllifi” adlı sərgi ətrafınada  söhbət aparılıb.

Foto Qalereya