QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
21 İyun , 2022

21 iyun  2022-ci il tarixdə Qazax rayon E. Hüseynov adına Mərkəzi kitabxana  oxu zalında Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü (26.06.1987) ilə əlaqədar olaraq “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX ”deyək”adlı məruzə keçirib. Tədbirdə bir qrup tələbə, şagird, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Fatma Hüseynova xalqların, millətlərin təhlükə mənbəyinə çevrilən, insan həyatında dəhşətli fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyanın qorxulu bir xəstəlik olduğu, yeniyetmə və gənclər arasında ona aludəçiliyin qarşısının alınmasının Azərbaycanda dövlət səviyyəsinə qaldırılaraq Milli Proqramlar qəbul olunması haqqında məlumatlar verib. Şöbə müdiri Bəsdi Məmmədova “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “YOX” deyək” adlı məruzəsində qeyd edib ki, inkişaf yolunda inamla irəliləyən ölkəmizdə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən  narkomaniyanın  və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər aparılır. BDU-nun tələbəsi Elşən Rufullayev, lisey tələbəsi Əsgərova Salatın, şagirdlərdən Poladova Xumar, Hacıyev Xəqani, Məmmədova Nərmin bəşəriyyətin ən təhlükəli bəlası olan narkomaniyanın insanın bütün ümid və məqsədləriniməhv edən, ədəbsizlik, yalançılıq kimi iyrənc hərəkətlər törədən bir bəla olduğunu qeyd edərək, bütün gənclərə sağlam həyat tərzi sürməyi arzulayıblar. Tədbirin sonunda mövzuya həsr olunmuş sərgi qarşısında canlı söhbət aparılıb.

 

 

Foto Qalereya