QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
19 Avqust , 2022

18 avqust 2022-ci il tarixində Mərkəzi kitabxananın Uşaq şöbəsi nağıl otağında Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə "Ədəbiyyatımızın ana laylası "adlı ədəbi-bədii gecə keçirib.

Tədbirdə fəal oxucular , valideyinlər və şöbənin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə baş kitabxanaçı Kazımova Rahidə açaraq şairənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib və qeyd edib ki,daha çox lirik şairə kimi tanınan Mirvarid Dilbazi Vətəninin hər guşəsinin gözəlliyini dərindən duya-duya mənəvi dünyasından keçərək bədiiləşdirməyə nail olub. Sonra fəal oxucular  şairənin şeirlərindən seçmələr söyləyiblər. Həvəskar saz ustaları şən mahnılar çalıb, iştirakçılar isə rəqs ediblər.