QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
20 Sentyabr , 2022

20 sentyabr 2022-ci il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Oxu zalında 21 sentyabr- Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, Yer üzünün fatehi ədalətdir, ədalət! ” adlı məruzə keçirib, sərgi təşkil edib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib.  MKS-nin şöbə müdirləri Fatma Hüseynova və Bəsdi Məmmədova Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib, qədim tarixə, zəngin mədəniyyətə malik, yenilməz dövlətçiliyi və xalqı ilə öz sözünü deyən qüdrətli Azərbaycanın, həm də sülhsevərliyi ilə dünyaya örnək olduğunu qeyd ediblər.Tədbirdə çıxış edən BDU – nun Qazax filialının tələbələri Museyibli Mirruhi, Musayev Tərlan, Dövlət Sosial-İqtisadi kollecinin tələbəsi Rəhimova Nəzrin, şagird Musayev Ramal ölkəmizin bugünki vəziyyətində erməni təcavüzkarlarının sərhədlərimizdə törətdikləri qanlı-qadalı hadisələri qətiyyətlə pisləyərək dünyada sülhə zidd hərəkət olduğunu söyləyiblər. Mövzuya həsr olunmuş sərgiyə baxış keçirilib və fikir mübadiləsi aparılıb.

Foto Qalereya