QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
24 Noyabr , 2022

24 noyabr 2022-ci il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxana oxu zalında Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Qadına zorakılıq haqqa üsyandır” adlı dəyirmi masa keçirib. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İ. Qurbanov, bir qrup tələbə,  fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan MKS-nin direktor v.m.i.e. Fəridə Xudiyeva respublikamızda dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə həyata keçirilməsi, Azərbaycan qadınlarının ailə və cəmiyyətdəki müstəsna rolu haqqında ətraflı məlumat verib. MİHİ-nin Qazax rayon Komitəsinin sədri İ.Qurbanov Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində dövlətimizin və Həmkarlar təşkilatlarının sistemli siyasət həyata keçirdiyini, cəmiyyətdə, ictimai həyatda qadının rolu, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən ətraflı söhbət açıb. Tədbirdəçıxış edən MİHİ Qazax rayon komitəsinin “Gender bərabərliyi və qadın problemləri üzrə” komissiyanın sədri Sədaqət Qasımova, BDU-nun məzunu SimarəƏliyeva, kitabxananın əməkdaşları Bəsdi Məmmədova, Humay Vəliyeva öz müdrikliyi, zəkası, qəhrəmanlığı, sədaqəti, vəfası, analıq keyfiyyəti ilə dünyaya örnək olan Azərbaycan qadınlarının dövlətin hər bir qrumunda ləyaqətləçalışdığını qeyd edərək, qadının məişətdə qarşılaşdığı zorakılığı qətiyyətlə pisləyiblər.

Foto Qalereya