QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
18 Yanvar , 2023

18 yanvar 2023-cü il tarixdə  E. Hüseynov adına Mərkəzi kitabxana Mədəniyyət Mərkəzinin foyesində  20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar -  Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı sərgi təşkil edib, “Qanlı 20 Yanvar- tariximizin qanlı və şanlı səhifəsi” adlı foto-stend tərtib edib. Sərgidə Azərbaycanın bugünkü zəfərinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin 20 Yanvar faciəsi haqqında qiymətli fikirləri, dəhşətli faciəyə həsr olunmuş kitab və dövrü mətbuat materialları əks olunub. , “Qanlı 20 Yanvar- tariximizin qanlı və şanlı səhifəsi” adlı foto-stenddə 1990-cı il 20 Yanvar  facisini əks etdirən şəkillər nümayiş olunub. Sərgi geniş ictimaiyyət tərəfindən dərin hörmət və ehtiramla izlənilib.

Foto Qalereya