QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
16 Mart , 2023

16 mart 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana  “Heydər Əliyev və milli-mədəni irsimiz” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan direktor v.m.i.e. Fəridə Xudiyeva xalqımızın milli – mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə hər bir azərbaycanlını, eləcə də  tədbir iştirakçılarını təbrik edərək bildirib ki, xalqımızın müqəddəs etiqadına söykənməklə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuların təcəssümü olan Novruz Bayramı əsrlərin sınağından çıxan milli sərvətimizdir. Azərbaycanın torpaqlarının işğaldan azad olunacağına böyük inam və əminliklə yaşayıb və xalqına rəhbərlik edən ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” sözlərinin sübutudur ki, işğaldan azad olunan yurdlarımızda Ali Baş Komandanın iştirakı ilə Novruz tonqalları yandırılır.

Tədbirdə çıxış edənlər elimizin əzəli-əbədi, ünsiyyət, mehribanlıq, bolluq-bərəkət bayramı olan Novruzun əsrlərlə yaşayan, nəsildən- nəslə keçən, Ulu Öndərin həyatı boyu ümdə arzusu olan azərbaycanşılıq ideyalarının yaşandığı bir el bayramı olduğunu qeyd ediblər.

Tədbirdə kitabxananın fəal oxucularının iştirakı ilə rəngarəng Novruz oyunları göstərilib, şeirlər, tapmacalar söylənilib, yumurta döyüşdürülüb, telli sazın xoş sədaları ilə rəqslər edilib.

Foto Qalereya