QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Elanlar
17 Dekabr , 2015

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə Qazax rayonunun işğala məruz qalmış kəndlərindən və rayonun milli qəhrəmanlarından bəhs edir. Layihənin əsas məqsədi gənclərə vətən sevgisini aşılamaq, milli qəhrəmanlarımızın döyüş yolunun yaddaşlarda qalmasına nail olmaqdır. 


Layihəsi çərçivəsində gənclərə örnək olan milli qəhrəmanların döyüş yolunu özündə əks etdirən sənədli filmin cəkilişi nəzərdə tutulub. Film tarixi faktlara əsaslanacaq.


Filmin ilk kadrları Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun doğulduğu Ağköynək kəndində reallaşdırılıb. Qəhrəmanın ailə üzləri və yaxınları  xatirələrini bölüşüblər. 


Milli qəhrəmanın döyüş yoldaşları Qazax RPİ-nin rəisi polkovnik Zöhrab İsmayılov, Qayıb Civişov (sabiq polis kapitanı), Çingiz Məmmədov (sabiq polis işçisi) və digər döyüşçülər öz müsahibələrində qəhrəman igidlərimizin döyüş xatirlərindən bəhs etdilər. 


Daha sonra çəkilişlər Məzəm kəndində Mərifət Nəsibovun doğulduğu evdə baş tutub. Milli qəhrəmanın təmas xəttinin yüz metrliyində olan qəbri də ziyarət edilib. 


Mərifət Nəsibovun qəhrəmanlığını döyüş yoldaşları Rəfael Adıgözəlov, Vilayət Məmmədov, Qurban Qurbanov danışıblar.


Çəkilişlər cəbhə bölgəsində, qəhrəmanların evlərində davam etdirilir.

http://axar.az/news/76010#ad-image-0