QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Qazaxda qeyri-maddi irs
13 İyul , 2016

Belə deyirlər ki, sınıq körpünü bir oğlan  sevgilisinin arzusu ilə  inşa etmişdir. Güya oğlan  qənirsiz gözələ elçi gəlibmiş. Qız oğlanın  dözümünü sınamaq məqsədi ilə deyib: “Kim bu çayın üzərindən körpü salsa qəbimə körpü salmış olar”. Bu  gözəlin  eşqinə  çoxları  körpü salmaq həvəsinə  düşürlər. Lakin salınan körpülər  gur çayın aşıb daşan  selinə  tab  gətirməyib uçub  sulara qarışmışdır. Cavanlardan biri  inadından,

əqidəsindən dönmür.  Qız onun məhəbbətinə qəlbən inanır və ona belə bir xəbər göndərir: “Nər oğlan,  özünü bu qədər incitmə. Çökəkdə körpu bənd  almaz.  Dayaqları  bir az yuxarıdakı sal qayaların üstündə salsan, arzuna çatarsan”.

Oğlan  körpunu su əvəzinə  qoyun südü, daş  əvəzinə bişmiş   kərpiçdən hörür.  Körpü hər təzyiqə dözür. Qız vədinə  əməl edir və nişan üzüyünü barmağına taxır