QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Qazaxda qeyri-maddi irs
13 İyul , 2016

Qazaxın Xanlıqlar kəndində Ağstafa çayının sol sahilindəki  təpəlik ərazilərə Baba Dərviş deyirlər. 1958-67-ci  illərdə bu  ərazinin cənubunda aşkarlanmış tunc dövünə aid arxeoloji  abidə məhz tapıldığı ərazinin adı ilə Baba-dərviş yaşayış məskəni adlanır.

El arasında belə deyirlər ki, çox qədimlərdə 5-6 min il əvvəl bu yerlərdə şəhər olub. Təbriz, Naxçıvan, İrəvan, Tiflis karvan yolunun günçıxanında  yerləşən şəhəri min il əvvəl yadellilər dağıdıblar. Nəhayətdə zəlzələ axırına çıxıb. Xarabalağında bir zamanlar Dərviş Baba (Baba –Dərviş) və onun müridləri yaşayıblar. Odur ki, adı Baba –dərviş qalıb. Belə rəvayət edirlər ki, dərviş olan kəs adətə görə evlənməzmiş. Gənc dərvişlərdən biri  bu adəti pozub, kənd-kənd  gəzərək görüb sevdiyi qızla evlənib. Və sözü tanrı tərəfindən eşidilən  Baba-Dərvişin qarğışı  ilə buralar yerlə yeksan olub. Ailəsi məhv olan gənc dərviş havalınıb oxuya-oxuya gəzərmiş.

Odda yanasan Baba-Dərviş,

Suda donasan Baba  -Dərviş.

Belə deyirlər ki, şəhər dağılandan sonra salamat qalmış əhali ətraf ərazinin müxtəlif yerlərində məskunlaşıblar.  Sonralar həmin  məskunlaşma indiki Dəmirçilər , Xanlıqlar  və Cəfərli  kəndlərinin  yaranmasına səbəb olmuşdur.