QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
21 İyul , 2016

21 iyul 2016-cı il tarixdə saat 10:00-da Mərkəzi Kitabxanaın Uşaq Şöbəsində “Yay məktəbi” silsiləsində “Azərbaycan tarixi və Milli  Qəhrəmanlara dair bilik yarışması” rublikasında “Azərbaycanı sev və öyrən” mövzusunda bədii qiraət müsabiqəsi keçirildi. Açıq havada keçirilən tədbirdə Qazax şəhər məktəbliləri, fəal oxucular, valideynlər və Mədəniyyət işçiləri iştirak edirdilər. Tədbirdə təşkil olunan “Azərbaycan: Doğma diyar!”, “Əzəli-əbədi torpağımsan, Qarabağ”, “Tariximizdə iz qoyanlar”, “Vətənə qürur, xalqa baş sağlığı gətirən Şəhidlər”, “Mən oxudum, sən də oxu”, “Milli Qəhrəmanlar zirvəsi”, “Turan Mübarizi”, “Multikultiralizm uşaqların gözü ilə”, “Qədim Ozan yurdu Qazax” və s. başlıqlı sərgilərdə 300-dən çox kitab nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova kitab mütaliəsinin uşaq və yeniyetmələrin həyatında mühüm rol oynadığını, yüksək mənəvi əxlaqi keyfiyyətlər, mərdlik, cəsurluq, vətən sevgisi, humanizm və xeyirxahlıq, əməksevərlik kimi keyfiyyətlərin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi...Ziyalı təbəqəsini xalqın ən böyük milli sərvəti sayan ulu öndər Heydər Əliyev müdrik siyasətini intellektual meyarlar üzərində qurmuşdur. Azərbaycan cəmiyyətinin tərəqqisini elm, təhsil və mədəniyyətinin inkişafında görmüşdür...

Müsabiqədə çıxış edən 18 nəfər şagird Azərbaycan tarixinə, dilinə, mədəniyyətinə, qəhrəmanlara həsr olunmuş şeirlər söylədilər. Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, MİMHİK-nin sədri İsgəndər Qurbanov, MTŞ-nin məsləhətçisi Pəri Məmmədova və MKS-in direktoru Solmaz Babanlıdan ibarət münsiflər heyyətinin  qərarına əsasən şəhər 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Vəliyeva Aişə Zərəngiz Dəmirçinin  “Ana Vətən” şeirinə görə 1-ci, Mehdi Hüseyn adına lisey məktəbin 4-cü sinif şagirdi Şəkilova Nəzrin Qabil Ədalətin “Ulu bir Sərkərdə, Ulu bir Öndər” şeirinə görə 2-ci, məktəb liseyin 8-ci sinif şagirdi Mehdiyeva Rəqsanə Zəlimxan Yaqubun “Sən qalib gələcəksən” şeirinə görə 3-cü yerə layiq görüldülər və Həmkarlar Təşkilatı tərəfindən hədiyyə ilə mükafatlandırıldılar. Valeh Vəliyev və İsgəndər Qurbanov kitab mütaliəsinin uşaqların nitq qabiliyyətinin yaxşılaşdırılmasında, söz ehtiyatlarının yaranmasında, dünya görüşünün, bilik səviyyəsinin yüksəlməsində böyük rolu olduğunu qeyd etdilər, yüksək fəallıqla iştirak etdiklərinə görə məktəblilərə minnətdarlıqlarını bildirdilər və tədbiri alqışladılar.

Tədbirin sonunda uşaqlar “Kim çox tapmaca bilir” adlı viktorinada iştirak etdilər və tərtib olunan sərgilərdəki kitablarla tanış oldular.

Tədbir şən musiqi ilə sona çatdı.