QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
28 İyul , 2016

Qazax rayon MKS-in  Yuxarı Salahlı kənd kitabxana filialı 28 iyul 2016- cı il tarixdə saat 10:30-da “Yay məktəbi” rubrikasında “Azərbaycan tarixi və Milli qəhrəmanlara dair”  “Azərbaycanı sev və öyrən” adlı əyləncəli viktorina keçirdi.  Viktorinada kənd Z. Mahmudov adına tam orta ümumtəhsil məktəbinin şagirdlərindən və fəal oxuculardan bir qrup  iştirak etdi. Məktəbin müəllimi Qocayeva Məlahət Azərbaycan dövlətinin tarixinə şanlı səhifələr yazmış Milli qəhrəmanlarımızın fədakarlığınından uşaqlara geniş məlumat verdi. Cəfərova Ülkər Əhməd Cəmilin  “Vətən”, Zeynalova Telli “Şəhidlər” şeirini söylədilər. Sonra tapmaca yarışı keçirildi, fəal oxuculardan Cəfərova Ülkər, Vəliyeva Şəhla, Zeynalov Elcan, Zeynalova Telli, Cəfərova Xədicə, Vəliyev Rəçid, Mustafayev Nural, Eyyubova Nurcan, Kərimov Tuncay maraqlı tapmacalar söylədilər və cavabını tapdılar.  Qaliblər elan edildikdən sonra “Azərbaycanı canından çox sevən Ulu öndər”, “Şəhidlər ölməz Vətən bölünməz”, “Azərbaycan tarixi və Milli qəhrəmanlara dair” “Azərbaycanı sev və öyrən” adlı sərgiyə baxış keçirildi.