QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
27 İyul , 2016

Qazax rayon MKS-in  Dəmirçilər kənd kitabxana filialı  27 iyul 2016- cı il tarixdə saat 11:00-da “Yay məktəbi” rubrikasında“Uşaqların nağıl aləmi” adlı nağıl saatı  keçirdi. Tədbirdə məktəbəqədər yaşlı və ibtidai sinif şagirdləri iştirak etdilər. Tədbiri kitabxana filial müdiri Hüseynova Xanım açaraq uşaqlara nağıllar,  nağıl qəhrəmanları haqqında danışdı. O Azərbaycan şifahi xalq yaradıcılığının bir növü olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyyəsində çox böyük rolu oynadığını qeyd etdi. Nağıllar  bütün dünya uşaqlarının ana laylasından sonra birinci kitabdır. Hər bir uşaq bu kitablarla öz kövrək dünyasına xeyir və şərli, ağıllı, müdirik və sərsərili, divli- əjdahalı, cinli-şeytanlı, yenilməz qəhrəmanlı möcüzələrlə dolu bir aləm açır. Nağılların sərhədi olmayıb, hər bir nağıl müxtəlif ölkələrdə özünəməxsus şəkildə formalaşıb. Uşaqlardan Əsgərova Günay və Haqverdiyeva  Fatimə “cik-cik xanımın”, Hadıyev Süleyman  “İbrahimin sərgüzəştləri”, Hüseynova Aysel “Məlikməmməd”  nağılını danışdılar.

 Mədəniyyət evinin Mədəni təşkilatçısı Rəhimova Nəzakət “Cırtan və Xortan” nağılını oxudu. Sonda uşaqlar nağıl personajlarından və nağıl kitablarından ibarət sərgiyə baxdılar.