QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
12 Avqust , 2016
Qazax rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə 12 avqust 2016-cı il tarixdə saat 11- 00-da Qazax şəhərindəki Heydər Əliyev adına parkda “Açıq kitabxana” layihəsi çərçivəsində “Mütaliə həftəsi” keçirildi. Kitab sərgisində MKS-nin fonduna daxil olmuş müxtəlif elm sahələrinə dair ədəbiyyat və dövri nəşrlər nümayiş etdirildi. MKS-nin direktoru Solmaz Babanlı qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd rayon əhalisinin kitaba olan marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Gün ərzində keçirilən tədbirdə  kiçik yaşlı uşaqlar üçün “Nağıl saatı”da təşkil edildi və körpə fidanları “Sehrli dünya”  jurnalından istifadə edərək nağıl qəhrəmanları ilə tanış etdilər. Açıq havada təşkil edilən kitabxana xidməti oxucular tərəfindən maraqla qarşılandı.