QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
15 Avqust , 2016
Qazax rayon Mərkəzi Kitabxana 15 avqust 2016-cı il tarixdə saat 11:00-da Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında     “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitabxananın fonduna daxil olmuş yeni ədəbiyyatın təqdimatını keçirdi. Tədbirdə mədəniyyət işçiləri, fəal oxucular və rayon ictimaiyyətinin bir qrupu iştirak etdi. Sərgidə son illər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna daxil olmuş yeni kitablarla yanaşı 500-ə yaxın ədəbiyyat və dövri nəşrlər nümayiş etdirildi. MKS-nin direktoru Solmaz Babanlı məlumat verdi ki, təqdim olunan kitablar müxtəlif elm sahələrinə əhatə edir. Kitabxanamızda peşəsindən aslı olaraq hər bir kəs öz ixtisaslarına dair ədəbiyyatı əldə edə bilərlər. Sərgidə nümayiş olunan kitablar oxucular tərəfindən maraqla qarşılandı.