QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Yay tətili
5 Avqust , 2016

Qazax rayon MKS-nin Xanlıqlar kənd kitabxana filialı 05 avqust  2016-cı il tarixdə saat 1100-da  açıq havada  “Yay məktəbləri”  rublikasında “Azərbaycan tarixi, Milli Qəhrəmanların həyatına dair”  bilik yarışı keçirdi. Kitabxanaçı  Xədicə Süleymanova milli qəhrəmanlar haqqında məlumat verdi. Onların keçdikləri həyat yolundan, gösdərdikləri qəhrəmanlıqlardan söhbət açdı.  Qeyd etdi ki,  Ana müqədəsliyi qədər Ana vətən də bizim üçün doğma və əzizdir. Şəhidlik zirvəsinə ucalanlar Azərbaycan xalqının yaddaşından heç vaxt çıxmır, onların adları həmişə uca tutulur.  2016- cı il 01-05 aprel ayında şəhid olan Azərbaycan oğulları qarşısında baş əyirik, onlara vətənin ən yüksək milli qəhrəmanı adı verilmişdir. Bir sözlə vətən uğurunda ölən varsa vətəndir.

Sonra yay məktəbində uşaqlar Azərbaycan tarixinə dair kitablarla tanış oldular  və Milli  Qəhrəmanlara aid bir - birindən gözəl şeirlər söylədilər. Tədbirin sonunda bilik yarışının qalibləri müəyyənləşdirildi:  V sinif şagirdi Orucova Məleykə “Şəhidlər” şeirinə görə birinci yer, Əsgərov Qabil “Azərbaycan” şeirinə görə ikinci yer, Adıgözəlova Kifayət “Əsgər” şerinə görə  üçüncü yerə layiq görülərək mükafatlandırıldılar.