QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Yay tətili
11 Avqust , 2016

11 avqust  2016-cı il tarixdə saat 11-00-da Qaymaqlı kənd kitabxana filialı kəndin mərkəzində, əhalisinin ən sıx toplaşdığı yerdə əhaliyə “Səyyar kitabxana” xidməti təşkil etdilər. Sərgidə aktual mövzularda kitablar təbliğ olundu. Ən çox isə şer həvəskərları Səməd Vurğun, Nəriman Həsənzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli və başqa şairlərin şerlərini sevə-sevə oxudular. Kənd əhalisi kitabxana işçilərinə onlara göstərilən bu xidmət üçün minnətdarlığını bildirdilər.