QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
28 İyul , 2016

Qazax rayon MKS-in Alpoud kənd kitabxana filialı “Yay məktəbi” rubrikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş “ Vətən  torpağı bizi gözləyir” adlı şeir saatı keçirdi.

27 iyul 2016-cı il tarixində saat 11:00 da Alpoud kənd kitabxana filialı  kənd tam orta məktəbin həyətində “Yay məktəbi” rubrikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş “ Vətən   torpağı bizi gözləyir” adlı şeir saatı keçirdi. Tədbirdə kənd sakinləri və kitabxananın fəal oxucuları iştirak etdilər. Kənd sakini Nüşabə Qurbanova çıxış edərək bildirdi ki,  həyatda hər şeydən əziz olan ana Vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Vətənpərvərliyin tarixi kökü min illərlədir. Əsrlər  boyu öz ana torpağına, dilinə və adət ənənələrinə dərindən bağlanmış hər bir kəsdə vətənpərvərlik hissi formalaşır. Kitabxana filialın müdiri Firəngiz Nəsibova çıxışında vətənpərvərliyin qəhramanlığın əsasını qoyan amil olduğunu bir daha vurğuladı və əlavə etdi ki, biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımız olan Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd  bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski , Həzi Aslanov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizlə həmişə fəxr edirik.

Tədbirdə fəal oxucular vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söylədlər, “ Vətən  torpağı bizi gözləyir” adlı sərgiyə baxdılar.