QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Yay tətili
6 Sentyabr , 2016

Qazax rayon MKS-in şəhər 1 saylı kitabxana filialı 05 və 06 sentyabr 2016 cı il tarixlərdə ahıllara səyyar  kitabxana xidməti təşkil etdi. Tədbirdə kitabxananın fondundan xeyli miqdarda kitab oxucuların istifadəsinə verildi. Ahıllardan Bayramova Yazgül, Alməmmədova Yetər, Musayeva Səadət, Osmanova Şəkil, Kazımova Nərgiz, Yusibova Məleykə kitablar haqqında məlumatlandırıldı və istədikləri kitablardan qiraət saatı keçirildi. Tədbirə azyaşlı oxucular da cəlb olunmuşdur. Müxtəlif mövzulara dair nümayiş olunan kitablar oxucular tərəfindən maraqla qarşılandı.