QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Xəbərlər
29 Noyabr , 2016

29 noyabr 2016-cı il tarixdə saat 11:00-da Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kitabxanaçıların bilik, peşəkarlıq və təcrübə  səviyyəsinin artırılması, kitabxana işi sahəsindəki təlimatların, yeniliklərin öyrənilməsi məqsədilə Mədəniyyət mərkəzinin kiçik zalında  Mərkəzi kitabxana və filiallarda çalışan işçilər üçün “Rayonun inkişafında kitabxanaların rolu” mövzusunda növbəti aylıq seminar-müşavirə keçirdi. Seminarda rayon Mədəniyyət və Turizm şöbəsinin Ləğvetmə komissiyasının sədri  Valeh Vəliyev, MKS-in direktoru Solmaz Babanlı və kitabxanaçılar iştirak etdilər.

Seminarın gündəliyində duran əsas məsələlər: “Mərkəzi kitabxanada ilin yekunları və fəaliyyət perspektivləri”, “ Kitabxana işçilərinin ixtisasının artırılması istiqamətində işlərin planlaşdırılması”, “Kitabxanaların işinin planlaşdırılması: illik, rüblük və aylıq iş planlarının tərtibi metodikası”, “ Rayonun inkişafında gənclərin rolunun artırılması məqsədilə oxucular üçün yeni elektron resurslar yaratmaq” “Kitabxanaya yeni daxil olmuş kitabların təbliği məqsədilə “Gənclər  mütaliə edir” adlı aksiyanın  təşkilimüzakirə olundu.

Seminar müşavirəni giriş sözü ilə açan Mədəniyyət və Turizm şöbəsinin Ləğvetmə komissiyasının sədri  Valeh Vəliyev mədəniyyət müəssisələrinin, eləcə də kitabxanaların işçilərinə işlərini zamanın tələbinə uyğun səviyyədə qurulması istiqamətində planlaşdırmağı, bütün səy və bacarıqlarını rayonun   iqtisadi - mədəni inkişafına sərf etmələrini tövsiyyə etdi.

MKS-in direktoru Solmaz Babanlı Mərkəzi kitabxana və filialların işinin təhlili, nailiyyətlər və aşkar olunan nöqsanlar haqqında çıxış etdi. Kitabxanaların maddi- texniki bazasının möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, əmək intizamının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdən danışdı.

Direktor müavini Münəvvər Süleymanlı kitabxana işçilərinin ixtisasının artırılması istiqamətində işlərin planlaşdırılması,, İnformasiya - resurs şöbəsinin müdiri Sevil Cəfərova rayonun inkişafında gənclərin rolunun artırılması məqsədilə oxucular üçün yeni elektron resurslar yaratmaq, Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova kitabxanaların işinin planlaşdırılması, kitabxanaya yeni daxil olmuş kitabların təbliği məqsədilə “Gənclər  mütaliə edir” adlı aksiya keçirilməsi,  böyük metodist Elmira Mehdiyeva dekabr ayı ərzində keçiriləcək tarixi günlər və yubileylərə dair kütləvi tədbirlər haqqında metodiki tövsiyələr verdilər.

Şəhər 2 saylı kitabxana filialın müdiri Hüseynova Sevda, Hüseynbəyli kənd kitabxana filialının müdiri Hadıyeva Gülşən oxucuların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində keçirilən  tədbirlər haqqında kitabxanaçılarla  fikir mübadiləsi apardlar