QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Tədbirlər
9 Dekabr , 2016

09 dekabr 2016-cı il tarixdə saat 14-00-da Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəmanəmizin böyük Azərbaycanlısı” mövzusunda inşa yazı müsabiqəsi təşkil olundu.

Tədbirdə MİMHİ –in Qazax rayon təşkilatının sədri İsgəndər Qurbanov, Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Nailə Əliyeva, MKS-in direktoru Solmaz Babanlı, Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Tahirə Əsgərova, Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Sədaqət Qasımovadan ibarət münsiflər heyəti,  Qazax şəhər məktəblilərindən bir qrup,  fəal oxucular və kitabxana işçiləri iştirak etdi. Tədbiri giriş sözü ilə açan  MKS-in direktoru Solmaz Babanlı dünya şöhrətli siyasi lider, böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna rolundan bəhs etdi.

Hər bir şagirdin yazdıqları inşalar dinlənildi. Münsiflərin rəyinə əsasən Bayramlı Ləman Qərib qızı (M. Hüseyn adına məktəb liseyin 6-cı sinif şagirdi) birinci, Vəliyeva Südabə Səməd qızı (M. Hüseyn adına məktəb liseyin 6-cı sinif şagirdi) ikinci, Vəliyeva Nəzrin Əli qızı (3 saylı tam orta  məktəbin 8-ci sinif şagirdi) üçüncü dərəcəli diplomlarla  təltif olundular. Digər müsabiqə iştirakçıları  isə Həmkarlar  Təşkilatının həvəsləndirici hədiyyələri ilə mükafatladırıldılar.

. Tədbirin sonunda uşaqlar Ulu Öndərin şərəfli həyat yolunu əks etdirən qısa video - çarxa  və  “Zəmanəmizin böyük Azərbaycanlısı “ adlı kitab sərgisinə maraqla baxdılar.

Foto Qalereya