QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Xəbərlər
13 İyun , 2017

Yaşadığımız dövr informasiya əsri adlandırılır. Ümumbəşəri dəyərlərin təbliğatçısı olan kitabxanalar günbəgün artan və genişlənən oxucu tələbini ödəmək və  onları yeni məlumatlarla tanış etmək məqsədilə təşkil edilən səyyar kitabxana xidməti  təbliğatın ən təsirli vasitələrindən  biridir.

Kitabxanalarımızın vaxtaşırı tərtib etdiyi səyyar kitabxana xidməti nəşr olunmuş çap məhsulu və hər hansı aktual mövzuların təbliğinə həsr olunur.  Mütəmadi keçirilən səyyar kitabxana xidməti şəhərin müxtəlif yerlərində, parklarda və  əhalinin gur istirahət etdiyi ərazidə təşkil olunur.