QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Tədbirlər
11 Dekabr , 2017

         11 dekabr 2017-ci il saat 13:30-da Mərkəzi Kitabxananın Uşaq şöbəsi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nağıl otağında  “Şərəfli ömür yolu”adlı başlıqda ifadəli oxu keçirib.Tədbirdə Ş.Çobanov adına 4 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan tədbir iştirakçılarına ətraflı məlumat verib.Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova da tədbirdə iştirak edib. Sonda tədbir iştirakçıları “Şərəfli ömür yolu”, ”Uşaqların böyük dostu”, ”Dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzi”,”Müstəqilliyimiz milli sərvətimizdir”adlı sərgiyə baxış keçrilib.