QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
12 Dekabr , 2017

12 dekabr 2017-ci il saat 14:00-da  N. Nərimanov qəsəbə kitabxana filialı kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anım gününə həsr olunmuş  “Dünənin, bu günün, sabahın lideri” adlı sərgi təşkil edib. Sərgidə şəhər 2 № - li Folklor evinin  Işçiləri, şəhər 5 № - li tam orta məktəbin fəal oxucuları və qəsəbə sakinlərindən bir qrup olmaqla 33 nəfər iştirak edib.

 Kitabxana filialın müdiri Siddiqə Qələndərova tədbir  iştirakçılarına Ulu Öndər  haqqında danışaraq bildirib ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Sərgi ilə tanış olduqdan sonra tədbir iştirakçıları Ümummilli  Liderimizin  əziz xatirəsini yad edərək Qazax şəhər Heydər Əliyev adına parkda ucalan büstü önünə gül-çiçək dəstələri qoymuşlar.