QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Tədbirlər
18 Dekabr , 2017

   18 dekabr 2017-ci il saat 14:30-da Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Oxu zalında “Vətən torpağı bizi səsləyir”başlığı altında sərgi təşkil edib.Sərgidə F.Şamoyev adına 4 saylı tam orta məktəbin  müəllim və  şagirdləri  iştirak edib.Oxu zalının müdiri Fatma Quluyeva sərgi iştirakçılarına vətən uğrunda canlarından keçən Milli Qəhrəmanlarımız və şəhidlərimizin  həyatı və qəhrəmanlıq  şücaətləri  haqqında ətraflı məlumat verib.  Onların həyat yolunun  gənc oxucularda vətənpərvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanmasında böyük rolu olduğunu qeyd edib .