QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
22 Dekabr , 2017

22 dekabr 2017-ci il tarixdə saat 12:00-da N.Nərimanov qəsəbə kitabxana filialı şəhər 1 № li Körpələr evi Uşaq bağçasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “İnsanları birləşdirən Yeni il”  adlı şənlik keçirib. Tədbirdə 1 № li Körpələr evi Uşaq bağçasının kollektivi və şəhər 2 № li Folklor evinin işçilərindən ibarət olmaqla 42 nəfər iştirak edib.

Şənliyi bağçanın müdirəsi İradə  Mustafayeva  açaraq bildirib ki, yeni il, yeni arzular, yeni əməllər, yeni-yeni uğurlar deməkdir. Gələn  təzə ildə arzular təzələnir, hər yana siz körpələrin üzündə gülüş, çiçək ələnir.

Səhnəyə daxil olan Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincinə səbəb olur. Uşaqlar mahnı söyləyib, rəqs ifa ediblər.