QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

QAZAX RAYON
Filiallar tədbir
27 Dekabr , 2017

26 dekabr 2017-ci il tarixdə saat 14:00-da Yuxarı Salahlı kənd 1 və 2 saylı  kitabxana filialı  Z. Mahmudov adına kənd tam orta məktəbində    31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının milli birliyi”  adlı şənlik keçirib. Tədbirdə fəal oxuculardan, valideynlərdən,məktəbin müəllim və şagirdlərindən ibarət olmaqla  56 nəfər iştirak edib.


Şənliyi məktəbin İbtidai təhsilin sinif müəlliməsi  Güllü Eyyubova   açaraq şənlik iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra  1 saylı kitabxananın müdiri Tama Cəfərova ümummilli lider Heydər Əliyevin “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafinda daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik” sözləri ilə çıxışına başlayıb. Bayramın yaranma tarixi və onun əhəmiyyəti haqqında 2 saylı filialın müdiri Məktubə Qocayeva, Folklor evinin müdiri Asya Qocayeva qısa məlumat veriblər.

Səhnəyə Nuranə Eyyubovanın dəvəti ilə  Şaxta baba və Qar qız daxil olublar. “Səma” rəqs qrupunun rəqsləri, Yeni ilə aid şeirlərin söylənilməsi şənliyi daha rəngarəng etdi. Uşaqlara hədiyyələr paylandıqdan sonra çay stolu arxasında şənlik başa çatıb.