QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
7 Mart , 2018

07 mart 2018 - ci il tarixdə saat 11:00-da Qazax rayon Mərkəzi kitabxana Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın bir dünyadır” adlı bayram tədbirində iştirak edib. Tədbirdə bütün mədəniyyət müəssisələrində çalışan bir qrup qadınlar iştirak edib. Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxışlarında bildiriblər ki, kollektivmizin çox hissəsi qadınlardır, müstəqil Azərbaycanımızın qazandığı böyük uğurlarda onların misilsiz xidməti var. Bütün sahələrdə işləyən qadınlar öz işlərinə məsuliyyətlə yanaşır. Azərbaycan qadını dünyada ölkəmizi ləyaqətlə təmsil edir. Onlar qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər. Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov Ə.Kərimin “Qaytar ana borcunu”, Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımov qadınlara həsr etdiyi “Ana” şeirini söylədilər. MKS-nin direktoru Solmaz Babanlı isə dövlətimizin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb. Tədbir iştirakçılarına hədiyyələr verilib. Tədbir Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblının ifasında xoş əhvalruhiyyəli bayram konserti ilə başa çatıb, xatirə şəkli çəkdirilib.

Foto Qalereya