2016-ci ilin Aprel döyüşləri Azərbaycan Ordusunun Xalqla, Azərbaycanın Ali Baş Komandanı ilə sıx birliyinin nümayişi olduğunu sübut etdi.Erməni quldur dəstələri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad olunması istiqamətində ordumuzun həyata keçirdiyi uğurlu əks - hücum yüksək potensiallı Silahlı Qüvvələrimizin yaxın gələcəkdə qazanacağı qələbənin başlanğıc nöqtəsi oldu, gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksək olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.
Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, rayonumuz şəhidlər də verdi. Onlar: Kapitan Mühüd Orucov, Baş Leytenant Elvin Namazov, əsgər Orxan Əliyevdir.