QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018
10 may 2018-ci il tarixdə saat 14:15-də şəhər 1 saylı kitabxana filialı Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ulu Öndər” adlı anım tədbiri keçirib. Tədbirdə şəhər 1 saylı Folklor evinin işçiləri və Dövlət Sosial – İqtisadi Kollecin müəllim və tələbə heyyətindən bir qrup olmaqla 45 nəfər iştirak edib.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri Dövlət Sosial – İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov açaraq bildirdi ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Kitabxana filialın müdiri Fəridə Xudiyeva, köllecin şöbə müdiri Elvira Əfəndiyeva, kitabxanaçı Sevda Qurbanova, Folklor evinin müdiri Gülüsüm Həsənova çıxışlarında qeyd etdilər ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub.
Sonda “Ulu Öndər” adlı sərgiyə baxış olub.