QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da Birinci Şıxlı kənd kitabxana filialı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər” adlı anım tədbiri keçirib. Tədbirdə kənd Folklor evinin  işçiləri və fəal oxuculardan bir qrup olmaqla 19 nəfər iştirak edib. 

Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Naibə Sadıqova açıb: -Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Folklor evinin müdiri Natiq Eyyubov, kitabxanaçı Afət Talıbova, Folklor evinin mədəni - təşkilatçısı Tahirə Abdullayeva çıxışlarında ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər. Fəal oxucular Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda Heydər Əliyevə həsr olunmuş foto-stendə və sərgiyə baxış olub.