QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da Aslanbəyli kənd M. Vəliyev adına kitabxana filialı tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə  “Əbədiyaşar şəxsiyyət: Ulu Öndər Heydər Əliyev” adlı anım tədbiri keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivindən bir qrup olmaqla 43 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Şölə Rəhimova açaraq iştirakçıların nəzərinə çatdırıb ki,  Heydər Əliyev elə şəxsiyyətdir ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə respublikamız böyük inkişaf yolu keçmiş, onun müdrik, uzaqgörən siyasəti sayəsində xalqımızın adı dünya xalqları arasında özünə layiqli yer tutmuşdur. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə ikinci qayıdışdan sonra Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, müstəqil dövlətçiliyin təməl daşını qoyub, möhkəm özül üzərində müstəqilliyimizə daimi və əbədi təminat yaratmışdır. Məktəbin kitabxanaçısı Hilal Əliyeva çıxışında qeyd edib ki, Ulu Öndərin zəngin siyasi təcrübəsi, mükəmməl idarəçilik məharəti sayəsində Azərbaycanın müstəqilliyi qorunmuş və möhkəmləndirilmişdir. İllər, qərinələr ötəcək, Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətləri heç zaman unudulmayacaq. Ulu Öndərin siyasi kursu Azərbaycanı işıqlı, parlaq gələcəyə aparacaqdır. Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş sərgiyə baxış olub.