QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:15-də Cəfərli kənd kitabxana filialı  Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə  “Böyük ömrün anları” adlı anım tədbiri keçirib. Tədbirdə kənd Diyarşünaslıq klubun işçiləri, tam orta məktəbin bir qrup fəal oxucularından ibarət olmaqla 21 nəfər iştirak edib. Anım tədbirini giriş sözü ilə açan  kitabxana filialın müdiri Qəmər Mustafayeva öz çıxışında qeyd edib ki, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və sonrakı nəsillərə əmanət verən müdrik rəhbər və dövlət xadimi Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Kitabxanaçı Nəzifə Lahıcova, Diyarşünaslıq klubun müdiri Esmira Mustafayeva çıxışlarında bildirib ki, Ümummilli Lider ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub, ölkəmizin ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaradıb. Onun başladığı nəhəng işlər və möhtəşəm layihələri Ulu Öndərin kursunun layiqli davamçısı Prezident İlham Əliyev uğurla və yaradıcılıqla davam etdirir. Tədbirdə fəal oxucular Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib.  Sonda Ümummilli Liderə həsr olunmuş sərgiyə baxış olub.