QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da N. Nərimanov qəsəbə kitabxana filialı ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar “Böyük ömrün anları” adlı anım tədbiri keçirib. Tədbirdə şəhər 2 saylı Folklor evinin işçiləri və fəal oxuculardan ibarət olmaqla 22 nəfər iştirak edib.

 Tədbirin  əvvəlində iştirakçılar Heydər Əliyev Mərkəzinin  qarşısında dahi rəhbərin ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra tədbir kitabxanada davam etdirilib. Kitabxana filialın müdiri Siddiqə Qələndərova tədbiri açaraq müstəqil Azərbaycanın bugünkü inkişafında görkəmli dövlət xadiminin gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ümummilli lider Heydər Əliyev«Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» – fikirləri ilə həmişə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan etmişdir.Kitabxanaçı Cahan Qasımova, multi-media mütəxəssisi Firuzə Vəliyeva, Folklor evinin müdiri Səlminaz Qurbanova və mədəni təşkilatçı Nəzakət Piriyeva çıxışlarında vurğulayıblar ki,  dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edən Azərbaycan dünya birliyi ölkələri arasında özünə layiqli yer tutmuşdur. Fəal oxucular Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib. Tədbir iştirakçıları “Böyük ömrün anları” adlı  sərgi ilə tanış olublar.