QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da Dəmirçilər kənd kitabxana filialı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  “Ulu Öndər” adlı anım tədbiri keçirib.  Tədbirdə Sənətkarlıq evinin işçiləri və  orta məktəbin bir qrup şagirdindən ibarət olmaqla  28 nəfər iştirak edib.   Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Xanım Hüseynova bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir.  Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova, müəllimlər Şərqiyyə Mansırova və Sədaqət Qədiməliyeva çıxışlarında qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında  misilsiz xidmətlərindən bəhs edib və bildirib ki, Ulu Öndərimiz Müstəqqil  Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Sonda “Heydər Əliyev Qazaxda” adlı foto-stendə baxış olub.