QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
9 May , 2018

9 may 2018-ci il tarixdə saat 12:00-da İkinci Şıxlı kənd 1 və 2 saylı kitabxana filialları  1941-1945  muharibəsi  zamani  həlak olanların xatirəsinə ucaldılan abidə kompleksi önündə 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş “9 May – Qələbə Günü” adlı anım tədbiri keçirib.Tədbirdə kənd Folklor, mədəniyyət evinin işçiləri, kənd sakinlərindən  və fəal oxuculardan bir qrup  olmaqla 42 nəfər iştirak edib.  1 saylı kitabxana filialın müdiri Südabə Musayeva giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki,  azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət  etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib düşmənə layiqli cavab veriblər. Həmçinin, bildirib ki, hər bir müharibə veteranın döyüş təcrübəsi onların keşməkeşli həyat yolu gənclərimizə  örnək olmalıdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. 2 saylı kitabxana filialın müdiri Mənsurə Mikayılova, Folklor evinin mədəni təşkilatçısı Çiçək Omarova, Sarıvəlli Folklor evinin müdiri Cəvahir Hüseynova, Mədəniyyət evinin müdiri Gülbəniz Nəsibovaçıxışlarında qeyd ediblər ki, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Tədbir iştirakçıları 1941-1945  muharibəsi  zamani  həlak olanların xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar və  ucaldılan abidə kompleksi önünə gül dəstələri düzüblər.