QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da Canallı kənd kitabxana filialı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə  “Ümummilli Lider”adlı məruzə keçirib.Tədbirdə kənd Diyarşünaslıq klubunun,  orta məktəbin müəllim və şagird kollektivdən ibarət olmaqla 19 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Aynur Nuriyeva ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edib. Məktəbin müəllimi Nuriyyə Əmrahova, Diyarşünaslıq klubunun müdiri Reyhan Ömərova çıxışlarında bildiriblər ki,bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Fəal oxucular Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib və Ümummilli Lider adlı foto-stendə baxış olub.