QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə saat 14:30-da İkinci Şıxlı kənd 1 və 2 saylı kitabxana filialları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Ulu Öndər” adlı məruzə keçirib.  Tədbirdə kənd Folklor, mədəniyyət evinin işçiləri, kənd sakinlərindən  və fəal oxuculardan bir qrup  olmaqla 31 nəfər iştirak edib. Tədbiri 1 saylı kitabxana filialın müdiri Südabə Musayeva  açaraq bildirib ki,  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətəninin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. 2 saylı kitabxana filialın müdiri Mənsurə Mikayılova, Folklor evinin mədəni təşkilatçısı Çiçək Omarova, Sarıvəlli Folklor evinin müdiri Cəvahir Hüseynova, Mədəniyyət evinin müdiri Gülbəniz Nəsibova çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir, xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirmişdi və yanılmadıqlarını görmüşdülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir. Bu gün də onun uğrulu siyasəti , Ulu Öndərin şərəfli həyat yolunun davamçısı çox hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fəal oxucular Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib və “Prezidentimiz” adlı foto-stendə baxış olub.