QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
15 May , 2018

15 may 2018-ci il tarixdə Uşaq şöbəsi açıq havada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsində  ilk  azərbaycanlı hərbi topoqraf,  general-mayor İbrahim ağa Paşa oğlu Vəkilovun anadan olmasının 165 illiyi münasibəti ilə sərgi təşkil edib. Sərgidə AXC-nin yaranmasında xüsusi rolu olan Milli Şura üzvlərinin hər biri haqqında, Azərbaycanının qədim və  müasir tarixini  əks etdrən kitab və materiallar nümayiş olunub. Sərgi iştirakçılarına MKS-nin  direktor müavini Münəvvər Süleymanlı,  Metodika və bibloqrafiya şöbəsinin müdiri Fatma Hüseynova,  Uşaq şöbəsinin müdiri  Firəngiz Abdıyeva AXC-nin yaranmasından, İbrahim ağa Vəkilovun həyat və  fəaliyyəti haqqında ətraflı məlumat veriblər. MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov olmaqla  rayon əhalisi və   fəal oxucular sərgini maraqla izləyiblər.   

Foto Qalereya