QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Filiallar tədbir
10 May , 2018

10 may 2018-ci il tarixdə şəhər 2 saylı kitabxana filialı xalqımızın ümummilli lideri, zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə  “Zəmanəmizin Azərbaycanlı Dahisi” adlı məruzə keçirib. Tədbirdə şəhər 2 saylı Diyarşünaslıq klubunun işçiləri və fəal oxuculardan ibarət olmaqla 25 nəfər iştirak edib.

Tədbiri kitabxana filialın müdiri Sevda Hüseynova açaraq tədbir iştirakçıların bildirib ki, ulu öndər Heydər Əliyev zəmanəmizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Belə bir dərin zəka sahibinin, müdrik və nadir şəxsiyyətin azərbaycanlı olması qəlbimizi qürurlandırır. Ulu Öndəri nə qədər tərənnüm etsək də, onun işıqlı obrazını tam dolğunluğu ilə yarada bilmirik. Çünki bu böyük şəxsiyyətin xalqımızın rifahı naminə gördüyü işlər heç bir ölçüyə gəlmir.

Diyarşünaslqı klubunun müdiri Ərkinaz Əliyeva bildirib ki, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunması Ulu Öndərin adı ilə bağlıdır. O, Ümummilli Liderin zəngin irsinin, dövlətçilik təcrübəsinin öyrənilməsinin və gənc nəslə çatdırılmasının vacibliyini də qeyd edib.

Fəal oxucular ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib  və “Zəmanəmizin Azərbaycanlı Dahisi” adlı sərgiyə baxış olub.