QAZAX RAYON MƏRKƏZİ KİTABXANASI

Qazax rayon MKS
Tədbirlər
16 May , 2018

16 may 2018-ci il saat 11:00-da Uşaq şöbəsi Uşaqlarda erkən yaşda kitaba, mütaliyə maraq və həvəs oyatmaq məqsədilə “Nağıl otağı”nda “Sənin Nağıllı Dünyan” adlı  tədbir  keçirib. Tədbirdə şəhər  1 saylı Körpələr evi - uşaq bağçasının müdiri İradə Mustafayeva, müəlimə Arzu Hacıyeva və böyük qrupun uşaqlarından ibarət olmaqla 22 nəfər iştirak edib.  İştirakçılar Uşaq şöbəsinin təşkil etdiyi  “Açıq kitabxana” sərgisində yazıçı Gülzar İbrahimovanın  “Nənəmin nağılları” , ”Sehrli dünya” jurnalları və müxtəlif uşaq nağılları ilə tanış olublar.  Sonra “Nağıl otağında” bağçanın yuxarı qrup uşaqlarının iştirakı ilə  görkəmli dramatruq Hüseyn Cavidin  “Qızlar məktəbi” adlı şeirini səhnələşdirilmiş formada nümayiş etdirilib. Səhnəcik  kiçik yaşlı oxucuların marağına səbəb olub və bu barədə  sual-cavab aparılıb. Körpə fidanların müxtəlif  şeirlər və şən mahnılar ifa etməsilə tədbir başa çatıb. 

Foto Qalereya